Ekzemanı bu məlhəmlə müalicə edin

Ekzemanı bu məlhəmlə müalicə edin
695 dəfə oxunub
  • A-
  • A
  • A+

İltihab, qaşınma, qızartı ilə yanaşı ekzemadan əziyyət çəkən insanlar uzun müddət davam edən ağrı ilə də mübarizə aparmalı olurlar. Bu tip dəri problemi ilə qarşılaşan şəxslər mütləq mütəxəssislərdən yardım almalıdır. Lakin ev şəraitində iltihabı aradan qaldıran və dərini sakitləşdirən krem hazırlaya bilərsiniz.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ekzemanın səbəbləri kimi istifadə olunan kremlər də insandan insana dəyişir. Bu problemdən əziyyət çəkənlər üçün ev şəraitində hazırlaya biləcəkləri məlhəmin reseptini təqdim edirik. 

Tərkibi:

1/2 fincan kokos yağı
1/4 fincan şi yağı
2 xörək qaşığı bal mumu
2 xörək qaşığı badam yağı
1/4 fincan bal
20 damla lavanda yağı
15 damla sidr ağacı yağı
15 damla kəklikotu yağı

Hazırlanma qaydası:

Bal mumunu, kokos və şi yağını istiyədavamlı şüşə qaba qoyun. Qazana bir az su töküb qaynadın. Şüşə qabı qazanın ağzına qoyun və tam həll olunana qədər gözləyin. Daha sonra 5 dəqiqə soyuması üçün kənara qoyun. Digər yağları əlavə edərək qarışdırın. Şüşə qaba köçürün və tamamilə soyumasını gözləyin.

Xəbərdarlıqlar

Qıcıqlanma və ya ağrı meydana gəldikdə istifadəni dayandırmağınız tövsiyə olunur.