Beyin sağlamlığınız üçün rəqs edin

Beyin sağlamlığınız üçün rəqs edin
841 dəfə oxunub
  • A-
  • A
  • A+

Beyin sağlamlığı üçün stressdən uzaq qalmaq mütləqdir. Bunun üçün bəzi hərəkətlər etmək lazımdır.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, beyin sağlamlığı üçün rəqs etmək məsləhətdir. Eyni zamanda idman hərəkətləri də stressi azaldır.

Rəqs və idman sinir qovşaqlarının sayını artırır, beləcə, beyində daha çox ortam yaranır və yeni hüceyrələrin yaranmasına yol açır. Beyin bəzi hərəkətlərlə yenilənəbilən orqandır.

Yaş artdıqca yaddaşda və digər funkiyalarda zəifləmə olur. Əgər əsəbisinizsə, stressiniz varsa, o zaman fikrinizi dağıtmağa çalışın. Nəfəs alma hərəkətləri öyrənin.

Lazımi qədər yatın. Yuxuda olanda beyin yeni məlumatlar qavramaq üçün yer açır. Tez oyanın, gec yatın. 6 saatdan az, 8 saatdan çox yatmaq olmaz.

Gecə telefonla oynamaq yerinə kitab oxuyun. Kitab oxumaq beyin qlükoz tükətimini artırır. Zehninizi inkişaf etdirəcək oyunlar oynayın.

Rəqs edin, musiqi dinləyin. Teatr, film izləyin, seminarlara qatılın. İdman edin. Bacarsanız 1 saat təmiz havada gəzin, yoqa edin.

Çox yağlı, şəkərli qidalar beyin funksiyasını zəiflədir. Tərəvəzlər çox yeyin. Şəkəri meyvə ilə əvəzləyin.

Gündə ən çox 1-2 saat televizora baxın.