Gecə boyunca sizi gözəlləşdirəcək

Gecə boyunca sizi gözəlləşdirəcək
1216 dəfə oxunub
  • A-
  • A
  • A+

İltihab əleyhinə istifadə olunan kartof suyu ləkələrin, sızanaqlardan sonra yaranan izlərin, müxtəlif dəri problemlərinin müalicəsində xüsusi rol oynayır. 

Axşam.az A, B və C vitaminləri ilə zəngin olan bu vasitədən hazırlaya biləcəyiniz gecə maskasını təqdim edir.

Tərkibi:

1 xörək qaşığı çiy kartof suyu
1 xörək qaşığı yaşıl çay

2 paket yaşıl çayı 10 dəqiqə isti suda saxlayıb, sonra soyumağa buraxın. Sıxıb kartof suyu ilə qarışdırın. Qarışıma pambığı batırıb, təmiz üzə çəkərək yata bilərsiniz.

Səhər üzünüzü yuyub, nəmləndirici çəkin.