Bu gün onun toyudur

Bu gün onun toyudur
3483 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün müğənni Sevda Yahyayevanın toyudur.

Axşam.az xəbər verir ki, sənətçi şəhər restoranlarından birində özünə təmtəraqlı məclis edəcək. Həkim-genetik Zakir Bayramovla ailəli olan Sevda özəl gününə yaxın dostlarını dəvət edib.

Yahyayeva məclisdə iki gəlinlik geyinəcək. Onlardan biri türkiyəli dizayner tərəfindən hazırlanıb.

Qeyd edək ki, Sevda və Zakir ötən il nikah masasına oturub. Cütlüyün toyu pandemiya səbəbindən təxirə düşmüşdü.