Mirkamil qayıtdı - Fotolar

Mirkamil qayıtdı - Fotolar
3041 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Mirkamil Kamilov uzun müddət sonra qayıdıb.

Axşam.az xəbər verir ki, sənətçi instaqram hesabında köhnə fotosessiyalarını yayımlamağa başlayıb.

Ondan əvvəlki bütün paylaşımlarını silən Mirkamilə izləyiciləri müxtəlif suallar ünvanlayıb. O, səhnədən uzaqlaşması ilə bağlı yazılanları cavabsız qoyub.

Qeyd edək ki, Mirkamil Xalq artisti Mələkxanım Əyyubovanın bacısı oğludur. M.Kamilov 2014-cü ildə ürəyindən əməliyyat olunub. Sənətçi 2018-2019-cu illərdə sosial şəbəkədəki qəribə paylaşımları ilə gündəmə gəlmişdi. Mirkamil hətta açıqlamalarından birində narkotikə qurşandığını demişdi. Daha sonra o, gündəmdən uzaqlaşmış, heç bir verilişə çıxmırdı.