Bu maskadan sonra məsamələr yox olacaq

Bu maskadan sonra məsamələr yox olacaq
1383 dəfə oxunub
  • A-
  • A
  • A+

Üzdəki məsamələrin çoxalması insanın yaşlı görünməyinə, kirin məsamələrdə yığılmağına, dərinin nəfəs almamasına, makiyajın üzdə hamar qalmamasına səbəb olur.

Axşam.az ev şaraitində məsamələri kiçiltməyə yardımçı olan maskanı təqdim edir. 

Tərkibi:

1 yumurta ağı
1 xörək qaşığı rəndələnmiş yerkökü
1 çay qaşığı aloe vera geli

Yumurta ağını yerkökü və aloe vera ilə köpüklənənə qədər çalın. Maskanı üzünüzlə yanaşı, əllərinizə, boynunuza çəkə bilərsiniz. Maska dərinizdə ən azı 15-30 dəqiqə qalmalıdır. Quruduqca dərinizi necə sıxdığını hiss edəcəksiniz. Maskanı ilıq su ilə təmizləyin.