Çiyələk məsamələri sıxan, ölü dəridən qurtulmağa kömək edən, rəngini bərabərləşdirən, beləliklə daha parlaq və hamar cild əldə etməyə kömək olan təbii vasitədir.
Axşam.az ev şəraitində hazırlaya biləcəyiniz çiyələk maskalarını təqdim edir.
Tərkibi:
2 çiyələk
1 çay qaşığı bal
1 çay qaşığı yumurta ağı
Vasitələri qarışdırıb əldə etdiyiniz maskanı üzünüzə çəkin. Təxminən 10 dəqiqə qurumağa buraxın. Bir az qaşınma təsiri ola bilər. Maskanı yuyaraq təmizləyə bilərsiniz.
Tərkibi:
2 çiyələk
2 xörək qaşığı qatıq
Çiyələkləri püre halına salıb üzərinə qatıq əlavə edin və yaxşıca qarışdırın. Dəriniz çox qurudursa, ona 1 çay qaşığı bal da əlavə edə bilərsiniz. Maskanı təmiz üzə çəkib 15-20 dəqiqə gözləyin və isti su ilə yuyun. Sonda kokos yağı istifadə edərək dəriyə qulluğunuzu tamamlayın.