İbrahim Tatlısəsin 14 yaşlı qardaşı oğlu öldü - video

İbrahim Tatlısəsin 14 yaşlı qardaşı oğlu öldü - video
4384 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli müğənni İbrahim Tatlısəsin 14 yaşlı qardaşı oğlu Yusuf Tatlı sərinləmək üçün girdiyi suvarma kanalında boğularaq həyatını itirib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu zaman Yusuf tək olmayıb.

Onunla birlikdə daha bir uşaq suvarma kanalına girib. Amma suyun çox axıntılı olması təhlükə törədib. Belə ki, adı açıqlanmayan uşaq çırpınaraq kanaldan çıxmağı bacarsa da, 14 yaşlı Yusuf buna nail ola bilməyib. Ətrafdakılar polis və sağlamlıq qruplarına xəbər verdikdən sonra sualtı axtarışa başlanılıb. Təxminən 20 dəqiqə ərzində axtarış aparılıb və Yusuf Tatlı ölü şəkildə tapılıb. Kanaldan çıxarılan oğlanın vəfatı ilə bağlı istintaq başlanılıb.