Vildanın qısqanclığı Mehmetə 100 minə başa gəldi - Foto

Vildanın qısqanclığı Mehmetə 100 minə başa gəldi - Foto
1117 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Mehmet Erdemin həmkarı Defne Samyeli ilə məkanların birində səhnə alması planlaşdırılsa da daha sonra o, bundan imtina edib.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, hətta öncədən çıxan afişalar dəyişdirilib. Mehmetin yerinə Hüsnü Şençilərin səhnəyə çıxması qərarlaşdırılıb.

İfaçının bu addımı atmasına səbəb həyat yoldaşı aktrisa Vildan Ataseverin olduğu bildirilib. İddialara görə, aktrisa Mehmeti qısqandığı üçün onun səhnəyə çıxmasını istəməyib. Bu isə müğənniyə baha başa gəlib. Onun bu səbəbdən 100 min lirə itirdiyi açıqlanıb.

Qeyd edək ki, Mehmetlə Vildan bir müddət əvvəl ailə həyatı qurub. Onların yaxın zamanda övladları dünyaya gələcək.