“Kişiliyinə, namusuna xələl gətirən...”
“Space” telekanalında yayımlanan “Şou+” verilişinin budəfəki qonağı müğənni Elariz Məmmədoğludur.
Axşam.az-ın məlumatına görə, sənətçi başına tük əkdirməyindən və sənətindən danışıb.
Həmçinin proqramda müğənni Mənzurə Musayevanın niyə ağladığı, xalq artisti Niyaməddin Musayevin müsahibə verməkdən niyə qaçdığı da bəlli olub.
Bunlarla yanaşı "Şou+"un mayın 6-da saat 21.30-da yayımlanacaq buraxılışında müğənni Yeganə Mürsəlovanın oğlunun kiçik toyundan özəl görüntüləri izləmək imkanınız da var.
Tural Ozanın aparıcılığı ilə "Space" kanalında efirə çıxan “Şou+” verilişinin informasiya dəstəyi Axşam.az saytına məxsusdur.