Rejissorun ölümünə səbəb olan aktyor: "Tapançanın tətiyini çəkməmişəm"

Rejissorun ölümünə səbəb olan aktyor: "Tapançanın tətiyini çəkməmişəm"
1671 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktyor Alek Bolduin ölümünə səbəb olduğu quruluşçu rejissor Qalina Xatçinslə bağlı cinayət işinin istintaqı davam edir.

Axşam.az xəbər verir ki, "ABC" kanalına müsahibə verən aktyor tapançanın tətiyi çəkmədiyini bildirib:

"Xeyr, xeyr, xeyr. Heç vaxt kiməsə silah doğrultmadım və tətiyi çəkmədim".

Qeyd edək ki, hadisə ABŞ-da "Rust" filminin çəkilişləri zamanı baş verib. Alek Bolduin döyüş səhnəsi çəkilişində silahdan atəş açıb. Bu zaman tapançanın içindəki boş patronlar əvəzinə, səhvən döyüş qabiliyyətli güllələrin olması faciə ilə nəticələnib. Güllələrdən biri filmin rejissoru Coel Souza, digəri isə quruluşçu rejissor Qalina Xatçinsə dəyib. Coel körpücük sümüyündən yaralansa da, 42 yaşlı operator Qalina çatdırıldığı xəstəxanada dünyasını dəyişib.

İlkin açıqlamada tapançanın tətiyinin Alek tərəfindən çəkildiyi bildirilsə də, istintaq hələlik təfərrüatları açıqlamayıb.