Dünya şöhrətli müğənni Cennifer Lopez yeni mahnısını təqdim edib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ifa “First love” (“İlk sevgi”) adlanır. Mahnı yenicə təqdim olunmasına baxmayaraq, artıq böyük diqqət görüb.
Mahnıya maraqlı video çarx da hazırlanıb. Sözügedən video müğənninin Youtube kanalında yerləşdirilib.