Ayandan yeni mahnı: "Qorxuram gecələrdən" - video

Ayandan yeni mahnı: "Qorxuram gecələrdən" - video
2571 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Ayan Babakişiyeva repertuarına ritmiq mahnı daxil edib.

Axşam.az-ın məlumatına görə, “Qorxuram gecələrdən” adlanan bəstəyə qrafist Asif Bafoğlu sənətçinin yeni fotosessiyalarından ibarət video çarx da hazırlayıb. O, bununla Ayana hədiyyə etdiyini bildirib. Mahnıya tezliklə klip çəkdirəcəyini deyən Ayan onu rejissor Ceyhun İbrahimoğluna həvalə edəcəyini bildirib. O, ekran işinin maraqlı görüntülərlə diqqət çəkəcəyini iddia edib.

Xatırladaq ki, mahnının musiqisi Elçin İmanova, sözləri Zemfira Əlişqızına məxsusdur.

Ayan deyib ki, “Qorxuram gecələrdən” mahnısı qəmgindir, amma çox dinamik, gözəl bəstədir: "Bəstəni o qədər gözəl əhval-ruhiyyə ilə ifa etmişəm ki, istəyirəm klip də maraqlı olsun”.