Hər kəsin edə biləcəyi qış pəhrizi

Hər kəsin edə biləcəyi qış pəhrizi
871 dəfə oxunub
  • A-
  • A
  • A+

Qış aylarında orqanizmdə maddələr mübadiləsi ləngiyir, hərəkətsizlik artır. Orqanizmə zərər verən pəhriz seçimi bu prosesi daha da ləngidir.

Axşam.az gün boyu yeməkdə yeyə biləcəyiniz qidaları təqdim edir.

Səhər oyananda:

Acqarına bir stəkan limonlu su və ya qoz suyu içə bilərsiniz. Bu sular toxluq hissi yaradır, həzmi asanlaşdırır və arıqlamağınıza kömək edir.

Qoz suyu resepti: Bütöv qozu bir stəkan suda otaq temperaturunda gecə boyunca saxlayın və səhər istehlak edin.

Səhər yeməyi:

1 qaynadılmış yumurta
1 dilimlənmiş turp
cəfəri, şüyüd və ispanaqdan hazırlanmış salat
4 xörək qaşığı kəsmik
1 dilim tam buğda və ya çovdar çörəyi
1 fincan südlü qəhvə və ya şəkərsiz yüngül çay
(1 çay qaşığı sızma zeytun yağı)

Nahar:

İspanaq, kərəviz, pırasa, brokoli.
8 xörək qaşığı az yağlı tərəvəz yeməyi (kərəvəz, ispanaq, pazı, çuğundur, yerkökü kimi tərəvəzlərdən hazırlanan)
1 böyük kasa qatıq
1 dilim çovdar və ya tam buğda çörəyi
Çörək yerinə 4 xörək qaşığı bulqur plovu

Qəlyanaltı:

Qatıq, süd, ayran, kefir, südlü kofe
Qreypfrut, alma, mandarin
qoz, yumurta, çia toxumları
çovdar çörəyi
kök
turp

Şam yeməyi:

6 xörək qaşığı ət və tərəvəz
1 böyük kasa roka, şüyüd, cəfəri salatı
4 xörək qaşığı tərəvəzli bulqur plovu