Evdə qalıcı manikür etmək üçün bunları edin

Evdə qalıcı manikür etmək üçün bunları edin
2498 dəfə oxunub
  • A-
  • A
  • A+

Dırnaq boyasından istifadə etmək hər bir xanım üçün vacib baxım prosedurlarından biridir. Bəs siz, qalıcı və gözəl baxım üçün boyanın qapağını açdıqdan sonra ilk işiniz onu dırnağa çəkmək olur? Bu zaman qalıcılığın az olduğunu, dırnaqların aşındığını və ya boyanın kobud qala bildiyini bilirsiniz? Bəs, bu problemi aradan qaldırmaq üçün nə etmək lazımdır?

Axşam.az boyanı dırnağa çəkməzdən əvvəl hansı qaydalara əməl etməli olduğunuzu təqdim edir.

Kokos yağı

Yaxşı bir antioksidant olan kokos yağı dırnaqlarınızı onlara zərər verə biləcək sərbəst radikallardan qoruyur. Antibakterial və antifungal xüsusiyyətləri onların sağlamlığını təmin edir. Bu yağı dırnağa və ətrafına çəkərək masaj edə bilərsiniz.

Çay ağacı yağı

Bu yağ dırnağa birbaşa tətbiq edilməməlidir. Onu zeytun yağı kimi fərqli bir daşıyıcı yağla qarışdırmaq tövsiyə olunur. Əks halda bu dərinin qıcıqlanmasına səbəb ola bilər. 2 çay qaşığı zeytun yağı və 2 damcı çay ağacını qarışdırdıqdan sonra dırnaqlara və ətrafına çəkə bilərsiniz.

Vitamin E

Bu vitamin dırnaq mayasını gücləndirir, kövrəkliyi aradan qaldırır, qan dövranını artıraraq böyüməsini asanlaşdırır.

Alma sirkəsi

Dırnaqları yumşaldır, sürətli uzanmasını təmin edir. Bir stəkan ilıq suya bir xörək qaşığı sirkə əlavə edib və əllərinizi bir neçə dəqiqə bu suda saxlaya bilərsiniz. Bunu hər gün etmək mümkündür.

Zeytun yağı

Zeytun yağı dırnaqları nəmləndirir, qidalandırır. Onlara isti zeytun yağı çəkib, 5-10 dəqiqə masaj edin.

Badam yağı

A, B və E vitaminləri ilə zəngin olan bu yağ dırnaqları bərpa edir, nəmləndirir, qidalandırır və yumşaldır. Dırnaqlarınıza və ətraf dəriyə ilıq badam yağı çəkib, 2-3 dəqiqə masaj edin.

Dırnaqlara baxım bitdikdən sonra onların yaş olmamasına, səthinin hamar olmasına, əvvəlki boyanın tam təmizlənməsinə diqqət edin. İstifadə edəcəyiniz yeni boyanın keyfiyyəti, fırçası yaxşı və uzunmüddətli manikür üçün böyük önəm daşıyır.