Sizlərə ev şəraitində hazırlaya biləcəyiniz dərmanları təqdim edirik:
Qrip
• 2 limonu və 2 diş sarımsağı sürtgəcdən keçirin. Alınan kütləni, 1 litr qaynanmış və soyudulmuş suda qarışdırın. Alınmış məhlulu qaranlıq yerdə (otaq temperaturunda) 3 gün saxlayıb, süzün. Gündə bir xörək qaşığı acqarına qarışıqdan qəbul edin.
• Təmiz balı cuğundur şirəsi ilə qatıb, qaynadın. Gün ərzində 4-5 dəfə çaya və ya suya 5-6 damcı töküb, qəbul edin.
• Xırda doğranmış soğandan 3 xörək qaşığı götürüb, 50 ml. qaynar suya tökün. Üzərinə 1 çay qaşığı bal əlavə edib, əriyənə kimi qarışdırın. 30-40 dəqiqə, şirə halına gəlməsini gözləyin. Qrip olanda burnunuza gün ərzində 4-5 dəfə 4-6 damcı tökün.
• Burnunuza gün ərzində 5-6 damcı təzə əzvay suyu sıxın.
• 50 ml. günəbaxan yağını qaynadıb, üzərinə əzilmiş 4 diş sarımsağı və bir soğanın ¼ hissəsini qatıb, 2 saata yaxın qaynadın. Qrip zamanı burnunuzun kənarlarına tez-tez bu qarışıqdan sürtün.
Haymorit
• Qıtığotu (xren) kökünü yuyub, təmizlədikdən sonra sürtgəcdən keçirin. Qarışığı 3 limonun şirəsi ilə qarışdırın. Gün ərzində bir dəfə səhər yeməyindən 20-30 dəqiqə əvvəl ½ xörək qaşığı qəbul edin. Haymorit zamanı bu müalicəni 3-4 ay davam etdirin. Arada iki həftə fasilə verdikdən sonra prosesi təkrarlamaq olar.
• Kartofu qabıqlı qaynadın. Burnunuzu qaynanmış kartof buxarına verin.
• Arı şanını spirtlə qarışdırın. Qaba su töküb, üzərinə ½ çay qaşığı şan qarışığından töküb qaynadın. Suyun buxarında başınızı yarım saat saxlayın.
Faringit
• Faringit zamanı lakonos bitkisindən istifadə etmək effektlidir. Qurudulmuş lakonos otundan bir çay qaşığı götürüb, 1 stəkan suya töküb, bir az saxlayın. Su ilə boğazınızı ovuşdurun.
• 1 xörək qaşığı solmazçiçək, 1 xörək qaşığı qatırquyruğu otundan, 1 xörək qaşığı moruq yarpağından götürüb, 200 ml. suda 2 saat qaynadın. Qaynanmış sudan boğazı ovuşdurmaq üçün istifadə edin.
• Böyürtkən yarpağı 10 qram, kalendula çiçəyi 5 qram, ağ akasiya çiçəyi 10 qram. Qarışığı 1 stəkan qaynar suya töküb, bir saat saxlayın. İnhalyasiya kimi istifadə edin.
Sinusit
• 4 diş sarımsağı əzib, 1 çay qaşığı alma sirkəsi ilə qarışdıraraq yarım stəkan qaynar suya tökün. Burnunuzu qarışığın buxarına verin. Bu prosesi gündə 3-4 dəfə təkrarlayın.
• 0,5 l. suya 2 xörək qaşığı ivan-çay otundan töküb, 30 dəqiqə qaynadın. Gün ərzində 3-4 dəfə (yeməkdən 30 dəqiqə əvvəl) stəkanın 1/3 həcmində qəbul edin.
Vərəmə qalib gəl
• 0,5 litr arağı və 14 ədəd təmizlənmiş qozu bankaya töküb, qaranlıq və soyuq yerdə 7 gün saxla. 7 gündən sonra qarışığı götürüb süz. Hər səhər yeməkdən yarım saat əvvəl bu məlhəmdən iç.
• Vərəm zamanı əzvay (aloe) şirəsi də kömək edir: bunun üçün 100 qr. balın içərisinə 1 çay qaşığı əzvay şirəsi, 100 qr. donuz yağı və 50 qr. kakao töküb qarışdır. Bu qarışıqdan gündə 3 dəfə 1 xörək qaşığı götürüb, 1 stəkan qaynar südə qatıb iç.