Həzm problemi olanlar oxusun

Həzm problemi olanlar oxusun
2461 dəfə oxunub
  • A-
  • A
  • A+

Qeyr-sağlam qidalanma vərdişləri, nizamsız yemək, stres kimi səbəblər mədə problemlərinin yaranmasına səbəb olur. Mədədə yaranan hər hansı problem bütün həzm sisteminə və ümumi sağlamlığa təsir edir.

Axşam.az həzmə kömək edən üsulları təqdim edir.

1. Mümkün olduğu qədər hər yeməkdən əvvəl 1 və ya 2 xörək qaşığı alma sirkəsi için. Bu, mədədə yaranan yanma hissini azaldacaq. Eyni zamanda təbii dezinfeksiyaedici xüsusiyyəti ilə qidalarda olan bakteriyaları məhv edir.

2. Qaynadılmış çuğundur yemək mədə və qəbizlik problemlərini aradan qaldırır.

3. Su istehlakı yeməkdən 15 dəqiqə əvvəl artıq dayandırılmalıdır. Yemək zamanı və yeməkdən 1 saat sonraya qədər su içilməməlidir. Mədə turşusunun az olması həzmi çətinləşdirir. Su və ya digər mayelərin istehlakı isə onun funksiyasını daha da çətinləşdirir.

4. Yeməyi ağzınızda yaxşıca çeynəməyə çalışın. Yaxşı çeynənmiş qidanı həzm etmək daha asan olur və beyin toxluq hissini daha tez qavrayır.

5. Axşam yeməyində çiy meyvə və tərəvəz istehlak etməyin. Onları həzm etmək çətindir.

6. Xəmir və mayalı karbohidratlar azaldılmalı, tərkibində protein olan qidalar daha çox istehlak edilməlidir.