Qışda saçlara necə qulluq edilməlidir?

Qışda saçlara necə qulluq edilməlidir?
1000 dəfə oxunub
  • A-
  • A
  • A+

Qış aylarında saçlar nəm saxlamaqda çətinlik çəkir, quruyur. Bu da onların daha kövrək olmasına və zədələnməsinə səbəb olur.

Axşam.az soyuq havalarda saçda yarana bilən bəzi problemləri aradan qaldırmağınıza yardımçı olacaq üsulları təqdim edir.

1. Kəpək və tökülməyə qarşı

Sizə lazım olan bir xörək qaşığı zeytun, ya da kokos yağı və bir çay qaşığı limon suyudur. Yağı bir neçə saniyə isti olana qədər qızdırın və sonra limon suyu ilə qarışdırın. Qarışımı baş dərinizə yanmayacaq qədər soyuduqdan sonra saç dərinizə masaj edərək tətbiq edin və 20-30 dəqiqə gözləyin. Daha sonra saçlarınızı yuya bilərsiniz.

2. Elektriklənmə ilə mübarizə

Qışda ən bezdirici şeylərdən biri də saçların tez-tez elektriklənməsidir. Qış geyimləri, əlcəklər saçla təmas etdikcə bu problem daha da artır. İlk növbədə saçlarınızı darayarkən plastik saç daraqlarından istifadə etməməyə çalışın. Bundan əlavə, saçlarınızı qoruyan və qidalandıran təbii yağları qorumaq üçün onları isti deyil, ilıq su ilə yuyun.

Saçlarınızın düzgün qala bilməsi üçün nəmləndiricilərdən, saç kremlərindən istifadə edə bilərsiniz.

3. Cansız saçlar üçün

Daha canlı saçlar üçün onları geniş dişli taxta daraqla daramaq lazımdır. Eyni zamanda balı saçların kökündən uclarına qədər çəkə bilərsiniz. Saçın isti qala bilməsi üçün onu örtün və təxminən 30 dəqiqə gözlədikdən sonra ilıq su ilə yuyun. Bal saçda nəm saxlayan və saçın parıltısını bərpa etməyə kömək edən təbii vasitədir.