Boynunuz ağrıyanda bunları etməlisiniz

Boynunuz ağrıyanda bunları etməlisiniz
2905 dəfə oxunub
  • A-
  • A
  • A+

Düzgün və ya yaxşı yatmadıqda, soyuqdan, stres, gün ərzində həddindən artıq çox oturmaq, telefon bağımlısı olmaq, masa arxasında düzgün əyləşməmək boyun və bel ağrılarının yarançasına səbəb olur.

Axşam.az ev şəraitində boyun ağrısından qurtulmağınıza yardımçı olacaq üsulları təqdim edir.  

Masaj və ya hərəkət:

Boyunda ağrı hiss etdiyiniz nahiyələri çox sərt olmamaq şərti ilə masaj edin. Unutmayın ki, yanlış və bərk masaj ağrını daha da kəskinləşdirə bilər. Boynunuzu sağa-sola, yuxarı-aşağı, dairəvi olmaqla müxtəlif istiqamətlərə hərəkət etdirmək də sizə bu problemi aradan qaldırmaqda yardımçı olacaq. Lakin şiddətli boyun ağrıları zamanı həddindən artıq və ani hərəkətlər etməkdən çəkinin.

İsti dəsmal:

Boynun ağrıyan hissəsinə isidilmiş dəsmal qoyun. Bu, həmin nahiyədəki əzələ və sinirlərin sakitləşməsinə və tədricən ağrının azalmasına imkan verəcək. Boynunuz tutulanda bu üsuldan istifadə etmək hərəkəti daha tez bərpa etməyinizə kömək edəcək

Sərt döşək:

Boyun ağrısından əziyyət çəkənlərin çarpayıları möhkəm olmalıdır.

İncə yastıq:

Boyun ağrısından əziyyət çəkənlərin yastıqları nazik olmalıdır. Heç istifadə etmək isə daha çox tövsiyə olunur.