Üz dərisini nəmləndirmənin ən qısa yolu

Üz dərisini nəmləndirmənin ən qısa yolu
1888 dəfə oxunub
  • A-
  • A
  • A+

Səhər oyandıqda dəridə hiss edilən quruluq hissi sizi məyus edir? İşə getməzdən əvvəl edəcəyiniz makiyajın üzdə daha yaxşı dura bilməsi üçün də hamar dəri şərtdir. Bəs, bu quruluğu necə aradan qaldırmaq olar?

Axşam.az ev şəraitində qısa zaman ərzində təsirini göstərəcək və daha hamar dəriyə sahib olmağınıza yardımçı olacaq maskanı təqdim edir. 

Tərkibi:

2 xörək qaşığı qatıq
1 xörək qaşığı bal
1 xörək qaşığı avokado püresi
1 xörək qaşığı bişmiş yulaf əzməsi

Bütün ləvazimatları qarışdırıb üzünüzə çəkin. Maskanın üzünüzdə təxminən 10-15 dəqiqə saxladıqdan sonra yuyun.