Bunu oxuduqdan sonra qəhvədən imtina edəcəksiniz

Bunu oxuduqdan sonra qəhvədən imtina edəcəksiniz
1822 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir fincan təzə dəmlənmiş qəhvə günə başlamaq üçün əla başlanğıcdır. Tərkibindəki yüksək kofein insanı canlandırır, səmərəliliyi və konsentrasiyanı artırır.

Axşam.az xəbər verir ki, bununla belə, bir çoxu gündəlik kofein normasını əhəmiyyətli dərəcədə üstələyir. Gündə iki stəkandan çox qəhvə içmək qaraciyər və ürəyi daha çox stresə salır. Acqarına içmək isə sizi qastrit kimi ciddi mədə problemləri riski ilə qarşı-qarşıya qoyur.

Eyni zamanda kofein kifayət qədər asılılıq yaradır. Əgər özünüzü yaxşı hiss etmək üçün əvvəllər sizə sadəcə bir stəkan kifayət edirdisə, sonradan bu miqdar ikiyə, daha sonra isə üç və ya dördə qədər artır. Artıq bir neçə fincan qəhvə içmədən diqqətinizi cəmləyə bilmədiyinizi görürsünüz.

Bədənin təbii fəaliyyətini bərpa etməklə yanaşı, qəhvədən imtina etməyin bir çox üstünlükləri var. Ən əsası vitamin və mineralların daha yaxşı mənimsənilməsidir. Kofein B vitaminini “öldürür”, orqanizmdə dəmir, kalium, sink, kalsiumun miqdarını azaldır. Hətta bu içkidən həddindən çox istifadə sümük kövrəkliyinin artmasına səbəb ola bilər.

Kofein immunitet sisteminə təsir edən tiroid və ya qalxanabənzər vəzinin işini məhdudlaşdırır. Qəhvə qaraciyərə də yaxşı təsir göstərmir: kofeini parçalayan fermentlər istehsal edərək sözün əsl mənasında "yorulur".

Qəhvədən imtina etdikdə daha enerjili olacaqsınız. Təbii ki, bu, dərhal baş verməyəcək və qəhvəsiz ilk 5-7 gün sizin üçün asan olmayacaq, lakin onsuz yaşamağın faydalarını əhəmiyyətli dərəcədə hiss edəcəksiniz.

Onu da qeyd edək ki, müntəzəm olaraq qəhvə içmək dərinin qocalma prosesini sürətləndirir.