İltihabın qarşısını alır, qocalmanı ləngidir, dərini qoruyur

İltihabın qarşısını alır, qocalmanı ləngidir, dərini qoruyur
1289 dəfə oxunub
  • A-
  • A
  • A+

Nar ürək-damar sağlamlığını qorumağa yardımçı olan ən vacib qidalardan biridir. B12 vitamininin yüksək olması səbəbindən nar qan təzyiqini normaya salmağa kömək edir (həm yüksək, həm də aşağı təzyiqdə). Həmçinin, damarları gücləndirir, onların elastikliyini artırır, qırmızı qan hüceyrələrinin və hemoglobinin aktiv sintezini təşviq edir. Bu da beyin və sinir sisteminin düzgün işləməsi üçün vacib olan amillərdəndir. Əks halda hemoqlobin çatışmazlığı zamanı beyin kifayət qədər oksigen almır, buna görə də xroniki yorğunluq, yaddaş və konsentrasiyanın pozulması müşahidə olunur.

Axşam.az xəbər verir ki, nar eyni zamanda güclü antibakterial və antiseptik xüsusiyyətlərə malikdir, bu da orqanizmi patogen bakteriyalardan qorumağa imkan verir.

Nar şirəsi bədənin pH balansını tənzimləməyə, tullantıları və toksinləri çıxarmağa kömək edir, bədənin effektiv detoksifikasiyasını təmin edir, həzmi stimullaşdırır və maddələr mübadiləsini sürətləndirir. Lakin mədə həssaslığınız varsa, şirəsi içməzdən əvvəl su ilə qarışdırın, əks halda onun yüksək turşuluğu ağrıya səbəb ola bilər.

Nar gözəlliyi və gəncliyi də qoruyub saxlamağa kömək edir. C vitamini, meyvə turşuları və taninlərlə zəngin tərkibinə görə bu meyvə sərbəst radikalların zədələnməsinə qarşı bir növ qalxan rolunu oynayır.

Onu da qeyd edək ki, nar iltihabın qarşısını alır, qocalma prosesini, qırışların yaranmasını ləngidir və dərini zərərli təsirlərdən qoruyur.