Gecə boyunca dərini bərpa edən maskalar

Gecə boyunca dərini bərpa edən maskalar
1537 dəfə oxunub
  • A-
  • A
  • A+

Yorğun iş günündən sonra təkcə bədəniniz deyil cildiniz də yıpranır. Onun gecə boyunca özünü yenidən bərpa etməsinə, səhər daha təravətli və parlaq olmasına yardımçı olmaq üçün təbii maskalardan istifadə edə bilərsiniz.

Axşam.az gecə boyunca dərini bərpa edən ev şəraitində hazırlaya biləcəyiniz iki maska reseptini təqdim edir. 

Tərkibi:

2 xörək qaşığı süd
1/2 çay qaşığı bal
2 damcı lavanda yağı
2 damcı çobanyastığı yağı

Bütün ləvazimatları kiçik bir qabda qarışdırın və pambıqla təmiz üzə çəkin. Maskanı səhər oyananda soyuq su ilə yuyun.

Bu maska ​​yağlı dərilər üçün idealdır. Quru dəriniz varsa, bu maskanı tətbiq etmək tövsiyə olunmur.

Tərkibi:

1 çay qaşığı bal
3 kapsul E vitamini
¼ avokado

Maskanı üzünüzə və boynunuza nazik təbəqə şəklində çəkin. Səhər maskanı ilıq su yuyun. Sonda nəmləndirici kremdən istifadə edin.