Yoluxmaların sayının artması "Omicron"la bağlıdır

Yoluxmaların sayının artması "Omicron"la bağlıdır
681 dəfə oxunub
  • A-
  • A
  • A+

“Yoluxmaların sayının artması "Omicron" ştamı ilə bağlıdır”.

Axşam.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

O bildirib ki, bu ştamın yoluxduruculuğunun daha çox, inkubasion müddətinin az olması ona gətirir ki, yaxın təmasda olanların əksəriyyəti xəstəliyə yoluxur:

“İndi ailədə yoluxma olanda ailə üzvlərinin 90 faizi koronavirusa yoluxur. Xəstəlik yüngül keçdiyinə görə xəstəxanalara yatışların sayı eyni qalıb. Ambulator həlqədə xəstələrin sayı çoxalıb. Xəstəlik yüngül keçsə də, bu, səhiyyə yükünün müəyyən qədər artması deməkdir”.