Hamilə olan əməkdar artist Manana yeni klipini təqdim edib.
Axşam.az-ın məlumatına görə, “Gözlərin danışsın” adlı mahnının ekran işi rejissor Nail Naiboğluna həvalə olunub. Bəstənin sözləri İkram Əliyeva, musiqisi Nailə Mirməmmədliyə, aranjimanı isə Givi Usenaşviliyə aiddir.
Qeyd edək ki, Manana 6 aylıq hamilədir. Müğənni oğlu olacağını bildirib.