Azərbaycanlı iştirakçı "Ukraynanın səsi"nin finalında - video

Azərbaycanlı iştirakçı "Ukraynanın səsi"nin finalında - video
1887 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünya şöhrətli “səs” yarışmasının Ukrayna versiyası “Ukraynanın səsi” müsabiqəsində azərbaycanlı Vaqif Nağıyevin də iştirak etməsi barədə xəbər verilmişdi.

Axşam.az Oxu.az-a istinadən xəbər verir ki, duellər mərhələsini uğurla keçən Vaqif  Nağıyev vokal “nokautu”nda Anani Udoqvo ilə yarışaraq müsabiqədə iştirakını davam etdirib.

“Nokaut”da Vaqif Nağıyev Bee Gees “Stay alive” meqahiti ifa edib.

Qeyd edək ki, Tamara Qvertiseli layihəni tərk edib və onun yerinə hər iki iştirakçının ifasını əla qiymətləndirən Yuri Rıbçinski gəlib. O, ifaçımız haqqında belə deyib:

“Vaqifdə qeyri-adi dəyişmə var. Bir neçə efir günü bundan öncə “Show must go on” oxuyan müğənnidir. Bu diapazon, bu gün oxuması... Bəlkə də hər zaman 100% alınmır, amma əhval-ruhiyyə belə idi, bəzi şeylər bağışlandı. Bu, çox gözəl idi”, - deyə Vaqif Nağıyevin “nokautda” çıxışını şərh edib.

“Vaqifin səhnədə elədiyi təəccübləndirici idi. Vaqif bu sənsən?! Sən mənim üçün klassik ifanın nümunəsi idin, ciddi oxuyan bir oğlan və birdən-birə qoçaq bir oğlan səhnədə oxuyur və bütün zalı oynamağa məcbur edir. Vaqif şouda iştirakını izləmək istədiyim ifaçılardandır”, - Ani Lorak bəyan edib.

Vaqifin çıxışı haqqında Vakarçuk da müsbət rəy bildirib, onun zala yamsılanan energetikasını qeyd edib:

“Bir dənə də iradım yoxdur, hər iki çıxışa heyran oldum. Onlardan hansınınsa layihəni tərk etməsi cinayət olar. Hər ikisini bəyənirəm, seçim etmək əzab verir. Tamaranın fikrinə əsaslanaraq Vaqif qalib oldu. O, qalib oldu amma Anyana uduzmadı”, - bu ulduzların yeni təlimatçısı Yuri Ribnçınskinin sözləridir.

“Tamara Qvartiselinin dəstəyinə ehtiyac var idi, amma mən ona söz vermişəm ki, özümü 100% göstərəcəm. birbaşa efirlərdə görüşərik”, -  “nokaut”da qalib olan finala çıxan Vaqif Nağıyev qeyd edib.