Məşhurlar Kürdəmirdə - video
Şou-biznesin tanınmış simaları Kürdəmirə yollanıb.
Axşam.az-ın məlumatına görə, xalq artisti Səməd Səmədov, müğənnilər - Günay İbrahimli, Aysel Əlizadə, Rəqsanə İsmayılova və başqaları ulu öndər Heydər Əliyevin 91 illiyi və “Gül bayramı” münasibətilə keçirilən konsertdə iştirak ediblər.
Afaq Gəncəli və Cavid Gülün aparıcılığı ilə baş tutan tədbirdən sonra ifaçılar onlara hədiyyə olunan güllərdən danışıb:
Günay İbrahimli "Məncə, bütün güllər gözəldir. Amma ağ qızılgülü lap çox bəyənirəm", Rəqsanə İsmayılova "Yaxınlarım da bilir ki, mən gülü çox sevirəm. Qızılgülü xoşlayıram. Böyük gül əvəzinə iki qızılgül bəsimdir" deyib.
Tanınmışların konsertdən görüntülərini aşağıdakı videodan izləyə bilərsiniz.