Nisə Qasımova keçmişə qayıdır - audio

Nisə Qasımova keçmişə qayıdır - audio
1908 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Nisə Qasımova tezliklə pərəstişkarlarını yenilikləri ilə sevindirəcək.

Axşam.az-ın məlumatına görə, müğənni keçmiş hitlərini yeni  albom halında təqdim  etmək niyyətindədir. İfaçı bugünlərdə yerli radiolar və  sosial şəbəkələrdə musiqisi  Ələkbər Tağıyev,  sözləri Hafiz Baxışa aid məhşur "Elə baxma" mahnısını yeni versiyada təqdim edib. 1980-ci illərin hitlərindən olan mahnıya yeni nəfəs verən Nisə Qasımova bəstə ilə bağlı açıqlamasında bunları söyləyib:

"Hesab edirəm ki, oxuduğum bütün retro  mahnıları müasirləşdirib gənc nəslə çatdırmaq lazımdı. Ama müasirləşdirmə deyəndə artıq klassikaya çevrilmiş əsərlərin tanınmaz hala çevrilməsini nəzərdə tutmuram. Hər dövrün musiqisinin bir texniki tələbi var. Yaxşı ki, mənim özümün şəxsi studiyam var və söylədiyim kompazisiyaları illər öncə oxuduğum qaydada, daha müasir aranjimanda ifa edə bilirəm".

Qeyd edək ki Nisə Qasımovanın yeni albomu payızda işıq üzü görəcək.