Yaddaşı gücləndirməyin yolları

Yaddaşı gücləndirməyin yolları
1842 dəfə oxunub
  • A-
  • A
  • A+

Bəzən yaşdan, bəzən isə orqanizmdən asılı olan proseslərə görə yaddaşda problem yaranır.

Axşam.az beyin fəaliyyətini artıran, yaddaşı gücləndirən bəzi üsulları təqdim edir.

Yeni məlumatlar öyrənib tətbiq edin

Yeni məlumat və bacarıqların öyrənilməsi prosesində beyində yeni sinir əlaqələri formalaşır ki, bu da yaddaş üçün vacibdir. Hər şeyi öyrənə bilərsiniz: hansısa dili öyrənməkdən tutmuş tennis oynamağa qədər. Əsas davamlı olaraq yeni məlumatları qəbul və emal etməkdir.

Gündəlik tutmağa çalışın

Düşünmək, onları yazılı şəkildə ifadə etmək beyin üçün bir növ məşq rolunu oynayır. Günün önəmli hadisələri, izlədiyiniz filmlər, oxuduğunuz kitablar haqqında təəssüratlarınızı, ağlınıza gələn istənilən ideyanı həmin dəftərə yaza bilərsiniz. Buna vaxtınız olmadığı üçün telefonunuzdakı qeyd bölməsinə bir neçə cümlə yazmaq istəyə bilərsiniz. Lakin bunlar fərqlidir. Hadisələri ardıcıl mətn formasına salmaq beyin fəaliyyəti üçün vacibdir. Bu, beyni daha çox işlətməyinizə və yaddaşınızın güclənməsinə yardımçı olacaq.

Pəhrizinizə diqqət edin

Düzgün qidalanma, beyin fəaliyyətini artıran meyvə-tərəvəzlər yemək mütləqdir. Alimlər beynin fəaliyyətinə təsir edə biləcək əsas və ən təsirli maddəni omeqa-3 yağ turşuları olduğunu bildirib. Onlar beyin hüceyrələrində membranların qurulması, həmçinin iltihablı reaksiyaların qarşısının alınması və oksidləşdirici stresin azaldılması üçün vacibdir. Statistikaya görə, omeqa-3 yağ turşularının çatışmazlığı yaddaş azalması riskini artırır. Bu səbəbdən pəhrizinizdə yağlı balıq, qoz-fındıq, toxum, avokado və zeytun yağının olmasına diqqət yetirin.