Bacısı Beyonsun ərini liftdə döydü - video
Amerikalı müğənni Beyons həyat yoldaşı Cey Z ilə birlikdə NBA matçını izləyərkən görüntülənib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, cütlük bununla mayın 5-də Beyonsun bacısı, müğənni Solanj Noulislə Cey Z arasında Nyu-York otellərindən birinin liftində baş vermiş münaqişənin münasibətlərinə təsir etmədiyini göstərmək istəyib.
İş ondadır ki, dünən internetdə Kostyum İnstitutunun keçirdiyi "Met Qala" gecəsində olmuş hadisənin videosu yayılıb. Videoda Solanjın Cey z-ni vurduğu, qarşı tərəfin isə özünü qorumağa çalışdığı və mühfizəçilərin gənc qadını uzaqlaşdırdığı görünür.
Hazırda görüntünün internetə kim tərəfindən sızdırıldığı araşdırılır. Otel rəhbərliyi hadisə ilə bağlı açıqlamasında təqsirkarın tezliklə tapılıb cəzalandırılacağına söz verib.