Selülitdən xilas olmaq üçün bunu edin

Selülitdən xilas olmaq üçün bunu edin
1199 dəfə oxunub
  • A-
  • A
  • A+

Bədəndə olan selülitdən xilas olmağın üsullarından biri də həmin bölgələri masaj etməkdir. Bunun üçün müxtəlif yağlardan və ya qarışımlardan istifadə edə bilərsiniz.

Axşam.az xəbər verir ki, selülitli bölgənin masajı zamanı ən təsirli vasitələrdən biri baldır. Selülit olan yerə təxminən 2 çay qaşığı balı nazik təbəqə şəklində çəkin. Əlinizlə aşağıdan yuxarıya doğru masaj edin. Bunu edərkən əlinizi dərinizdən uzaqlaşdırmağa çalışın. 5-10 dəqiqəlik masaj etdikdə həmin bölgədə qızartı görəcəksiniz. Bu zaman qan dövranı artır, toxumalarda və əzələlərdə olan toksinlər bədəndən xaric olmağa başlayır. Masajdan sonra həmin bölgəni yuyub aşağıdakı qarışımı çəkin.

Tərkibi:

1/2 stəkan jojoba yağı
15 damla portağal yağı
15 damla rozmarin yağı
15 damla ardıc yağı

Bütün yağları həmin bölgəyə çəkə bilərsiniz.