Xalq artistinin qızı aparıcılıq etdi

Xalq artistinin qızı aparıcılıq etdi
5981 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Rəfael Dadaşovun qızı, müğənni Səidə Dadaşova “Lider” telekanalında yayımlanan “Bu saat” verilişinin aparıcısı olub.

Axşam.az-ın məlumatına görə, “Top 10”luğu təqdim edən ifaçı öz klipinin üçüncü yerdə olmasına sevinərək “Efirə az-az çıxıram, amma tamaşaçılarımı itirməmişəm. Bu sevindirici haldır. Ona görə də klipim üçüncü yerə çıxıb” deyib.

Daha sonra Səidə həmkarı Ayan Babakişiyevanı ana olmağı münasibətilə təbrik edib və  “Ayanı təbrik edirəm. Sağ əli mənim başıma” deyərək özünə də övlad sahibi olmağı arzulayıb.

“Top10”luğu bu həftə əməkdar artist Eyyub Yaqubov, müğənni Sənan Əliyev və Rəhim Rəhimli tərk edib. Onların yerini müğənni Ayan Babakişiyeva, Sevinc Musayeva və Mədət İsgəndərov tutub.

Qeyd edək ki, veriliş həftəiçi beş gün, saat 16:00-da yayımlanır. Sözügedən layihənin rejissoru və müəllifi Nail Naiboğlu, prodüseri Pərviz Oqtayoğlu, musiqi redaktoru Rauf Sahiboğludur. "Bu saat"ın informasiya dəstəyi Axşam.az saytına məxsusdur.