Həm arıqladan, həm də sağlam saxlayan pəhriz

Həm arıqladan, həm də sağlam saxlayan pəhriz
1469 dəfə oxunub
  • A-
  • A
  • A+

Meyvə, tərəvəz, balıq, doymamış yağlar, kəpəkli qidalar, paxlalar, fındıq və az miqdarda qırmızı ət bu pəhrizin əsas menyusudur. Pəhriz zamanı 6 gün 45 dəqiqə ayaqla gəzmək sizi həm formada saxlayacaq, həm də ürəyinizi sağlam edəcək.

Axşam.az türk mediasına istinadən xəbər verir ki,  pəhriz yaddaş pozğunluğuna, ürək döyüntüsünə kömək edir. 

Ürək döyüntüsündə pozuntu olanlar mütləq bu pəhrizi saxlamalıdır. Doymuş yağdan, xolesterinli qidadan və duzdan uzaq olmalısınız. 

Pəhriz zamanı çox kofe, spirtli və enerji içkilərindən uzaq olmalısınız. Gündə, hətta həftədə bir dəfə kofe içsəniz, daha yaxşı olar.

Biskvit, krem, peçenye, çips, kartof və digər qızartma məhsullar pəhriz saxladığınız ərəfədə qida rasionunuzda olmamalıdır.

Pəhriz zamanı gündə 5 və ya daha çox yeyə bilərsiniz. Amma miqdarı gözləməlisiniz. Səhər yeməyinə saat 9-da başlayın. Bura yumurta, bəzi tərəvəzlər daxil edə bilərsiniz. 

Əgər saat 11-12 arası acsanız yüngül tərəvəz salatı və ya yaşıl alma yeyin. Almanı kivi, xiyar, qreypfrut və ya bananla əvəzləyə bilərsiniz.

Nahar saat 2-3 arası olmalıdır. Şam yeməyini isə axşam saat 6-7 arası edin. Əgər yatmazdan əvvəl acdığınızı hiss etsəniz bol su için, içərisinə nanə və limon tökün. Yağsız kəsmik də yeyə bilərsiniz. 

Çayı çox sevirsinizsə, onu meyvə quruları ilə için. Bitki çaylarından istifadə edin, bol su için.