Qırışları aradan qaldıran maskalar

Qırışları aradan qaldıran maskalar
2800 dəfə oxunub
  • A-
  • A
  • A+

Yaş artıqdca dəri toxumaları elastikliyini itirir. Bu da zamanla qırışların yaranmasına səbəb olur. Arzuolunmaz qırışlardan isə təbii vasitələrlə də qurtulmaq mükündür.

Axşam.az ev şəraitində qırışlara qarşı istifadə edə biləcəyiniz maskaları təqdim edir.

Yaş maya maskası

1 ədəd yaş mayanı ilıq su ilə krem ​​halına gələnə qədər qarışdırın. Daha sonra maskanı qırış olan nahiyəyə çəkib 30 dəqiqə gözləyin. Dərinizi soyuq su ilə yuyaraq təmizləyin.

Xiyar maskası

1 ədəd xiyarı əzin və suyunu çıxarın. Üzərinə yarım çay stəkan süd əlavə edib qarışdırın. Pambıq vasitəsi ilə qarışımı qırış olan bölgəyə çəkin. Quruduqdan sonra eyni prosesi 3 dəfə təkrarlayın. Sonda 10 dəqiqə gözləyib maskanı soyuq su ilə yuyun.