Artıq yağlardan qurtulmaq üçün bunları istehlak edin

Artıq yağlardan qurtulmaq üçün bunları istehlak edin
1188 dəfə oxunub
  • A-
  • A
  • A+

Artıq çəkilərdən qurtulmağın başlıca üsulu buna səbəb olan yağlardan qurtulmaqdır. Gün ərzində qəbul edilən yanlış qidalar isə həmin yağları bəsləyərək daha da çəki almağınıza səbəb ola bilər.

Axşam.az istehlak etdikcə yağları əridən, artıq çəkilərdən qurtulmağa yardımçı olan qidaları təqdim edir.

1. Alma sirkəsi

Alma sirkəsi şəkərə olan istəyi azaldır və arıqlamağa kömək edir. Yeməkdən əvvəl bir qaşıq alma sirkəsi içmək toxluq hissi verir və daha çox yemək yeməyin qarşısını alır. Lakin sirkə turşulu maddə olduğundan ondan sonra su içmək məsləhətdir.

2. Sümük suyu

Sümük suyu tərkibindəki amin turşuları sayəsində əzələlərin parçalanmasının qarşısını alır, maddələr mübadiləsi sürətini artırır və bədəninizin toksinlərdən təmizlənməsinə kömək edir.

3. Acı bibər

Bədən temperaturunu artırmaqla artıq yağları yandırmağa kömək edir, bədənin enerji səviyyəsini artırır.

4. Kokos yağı

Bu yağ çəkini azaltmağa və bədəndəki digər yağları yandırmağa kömək edir.

5. Kefir:

Həftə ərzində azı 3 dəfə bu qidanı istehlak etmək arıqlamağa yardımçı olacaq. Eyni zamanda kefir infeksiyalarla mübarizə aparaq orqanizmin sağlamlığını qoruyur.