Tərəvəzlərin rəngi də sağlamlığınıza təsir edir

Tərəvəzlərin rəngi də sağlamlığınıza təsir edir
965 dəfə oxunub
  • A-
  • A
  • A+

Yeməklərdəki rəngarənglik iştahanı artırır. Elə buna görə də aşpazlar yemək hazırlayarkən daha çox tərəvəzdən istifadə etməyə çalışırlar.

Axşam.az xəbər verir ki, tərəvəzlərdəki rəngarənglik sağlamlığa da xeyirlidir.

Bənövşəyi

Bu rəngdə olan tərəvəzlər sinir sisteminin sağlamlığı üçün yaxşıdır. Bu rəng tənəffüs yollarını açır, havanın ciyərlərə yaxşı ötürülməsinə kömək edir. Əgər gündəlik qida rasionuna bənövşəyi ərzaqlar daxil etmirsənsə, onda insan özünü yorğun hiss edir. Oqayo universitetinin mütəxəssisləri sübut ediblər ki, bənövşəyi rəngdə olan tərəvəzlər xərçəng riskini azaldır.

Sarı

Sarı tərəvəzlər bədəni mikroblardan təmizləyir və toksinləri azaldır. Bu ərzaqlar endokrin sistemi üçün vacibdir. Mədə narahatlığına, şəkər və sinir xəstəliklərinə kömək edir.

Qırmızı

İnsana güc, qüvvə, xoşbəxtlik bəxş edir. Qan dövranını yaxşılaşdırır, tonusu azaldır. Qırmızı ərzaqlar qanazlığından və depressiyadan əziyyət çəkənlərə də xeyirlidir.