"Afaq Gəncəlidən artıq olacaqsınız?" - Prodüserdən aparıcılara

"Afaq Gəncəlidən artıq olacaqsınız?" - Prodüserdən aparıcılara
5936 dəfə oxunub
  • A-
  • A
  • A+

Prodüser Mədinə Məlik aparıcılar Vüsalə Əlizadə və Zümrüd Bədəlova ilə bağlı qalmaqallı açıqlama verib.

Axşam.az xəbər verir ki, o, "Tarixin bir günü" proqramında aparıcılara zəng vurduğunu, ancaq onların cavab vermədiyini söyləyib:

"İllərlə tanıdığım aparıcı, 20 ildir şou-biznesdəyəm. Söhbət Vüsalə Əlizadə və Zümrüd Bədəlovadan gedir. Göylə getməyin, yerdə gəzin. Görürsüz, Mədinə zəng edir, illərdi tanıyırsız. Birincisi sizə efir üçün yox, sponsor dostum verilişinizə istəyirdi deyə zəng etdim. Səni 50 dəfə gecə ikidə, üçdə maşınıma mindirib evinə sürən adamam.

Afaq Gəncəlidən artıq olacaqsınız? Ona zəng edirəm, "can" deyir. Vüsalə Əlizadə xanımın köməkçisi götürür, vaxtı yoxdur. Zümrüd Bədəlova məni lap öldürdü. Deyirəm, Zyuma. Qayıdır ki, Zyuma? Zümrüd xanım. Sadə olun, bir-birimizin arasında sadə olaq".