Yaşıl çay içmək üçün 7 gözəllik səbəbi

Yaşıl çay içmək üçün 7 gözəllik səbəbi
1371 dəfə oxunub
  • A-
  • A
  • A+

Cildin gözəlliyini bərpa etmək və qorumaq üçün müxtəlif təbii vasitələr mütləqdir. 

Axşam.az bu dəfə yalnız yaşıl çayın dərinizdə yarada biləcəyi özəllikləri təqdim edir.

1. Gözdəki şişkinliyi və qara nöqtələri azaldır

2 işlənmiş yaşıl çay paketini 30 dəqiqə soyuducuya qoyun. Soyuq çay paketlərini göz qapaqlarınıza qoyun və 15 dəqiqə gözləyin. Nəticə əldə edənə qədər bu üsulu gündə iki dəfə edin.

2. Dərini cavanlaşdırır

Yaşıl çay dərini cavanlaşdırır, daha parlaq edir. Bu çay həm də dəridən toksinlərin çıxarılmasını asanlaşdırır, iltihabı azaldır, ləkələri və izləri sağaldır, dərinin elastikliyini artırır. Yaşıl çay həmçinin, xəstəliklərinin və yaraların müalicəsində istifadə olunur.

Bunun üçün 2 istifadə olunmuş yaşıl çay paketini kəsin və içini bir qaba boşaltın. 1-2 çay qaşığı bal, bir az limon suyu əlavə edib qarışdırın. Üzünüzə çəkib 5-10 dəqiqə gözləyin və sonra ilıq su ilə yuyun. Bu maskadan həftədə bir və ya iki dəfə istifadə edin.

3. Yaşlanma əlamətləri ilə mübarizə aparır

Bu çay dərinin sallanmasını, günəş izlərini, yaşdan qaynaqlanan ləkələri, incə xəttlər və qırışları müalicə edir. Tərkibindəki polifenollar bütün bu sadalananlara səbəb olan sərbəst radikalları neytrallaşdırır.

3 xörək qaşığı qatıq, 1 xörək qaşığı üyüdülmüş yaşıl çay yarpağı və bir az sarıkök tozunu qarışdırın. Maskanı üzünüzə və boynunuza çəkin. 20 dəqiqədən sonra ilıq su ilə yuyun. Bunu həftədə bir və ya iki dəfə tətbiq edin.

4. Saçları uzanmağa təşviq edir

Yaşıl çay saçların uzanmasını sürətləndirən yüksək miqdarda antioksidant ehtiva edir. 

Saçınızı yuduqdan sonra təzə dəmlənmiş yaşıl çaydan soyuq şəkildə istifadə edin. 10 dəqiqə gözlədikdən sonra soyuq su ilə yuyun. Bunu bir neçə ay ərzində həftədə 2 və ya 3 dəfə edin. Həmçinin, güclü saçlara sahib olmaq üçün gün ərzində yaşıl çay içmək lazımdır.

5. Cildi təmizləyir

Cilddəki kirləri aradan qaldırmaq, məsamələri daraltmaq və sağlam parlaqlıq üçün yaşıl çay təbii tonikdir.

2 yaşıl çay paketini dəmləyin və soyumağa buraxın. İstədiyiniz efir yağından bir neçə damcı əlavə edib saxlamaq üçün təmiz şüşəyə köçürün. Gündə iki dəfə pambıqla dərinizə çəkin.

6. Sızanaqları müalicə edir

Tərkibindəki katexin adlı antibakterial maddələr sızanaq yaradan bakteriyalarla mübarizə aparmağa kömək edir. Onlar hətta sızanaqlara səbəb olan hormonal balanssızlığı aradan qaldırır. 

¼ fincan təzə dəmlənmiş yaşıl çay və ¼ stəkan suyu qarışdırın. Bu məhlulu pambıq köməyi ilə sızanaq olan bölgəyə çəkin. 10-15 dəqiqədən sonra soyuq su ilə yuyun. Sızanaqlardan qurtulana qədər bunu gündə iki dəfə edin.

7. Məsamələri daraldır

Bir fincan yaşıl çay dəmləyin və soyumağa buraxın. Bu çaydan bir neçə xörək qaşığı götürüb 2 xörək qaşığı bentonit gilinə əlavə edib məcun halına gətirin. Üzünüzə çəkdikdən sonra tam qurumasını gözləyin. Yumşaq formada ovuşduraraq təmizləyib isti su ilə yuyun. Həmçinin, bədəninizdən toksinləri çıxarmaq üçün gündə bir neçə stəkan yaşıl çay için.