Dərini necə qorumaq olar?

Dərini necə qorumaq olar?
912 dəfə oxunub
  • A-
  • A
  • A+

Yaşlanmanın dəriyə təsirinin qarşısını almağın ilk yolu düzgün baxımdır. Bəs bu baxım necə olmalıdır?

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, havanın soyuq, buludlu və ya günəşli olmasından asılı olmayaq günəş kremlərindən istifadə olunmalıdır. Əlləri nəm saxlamaq da vacibdir. Eyni zamanda gündəlik işlərdə əlləri kimyəvi maddələrdən qorumaq üçün işləyərkən əlcəklərdən istifadə etmək tövsiyə olunur.

Ümumiyyətlə cilddəki quruluq dermatoloq tərəfindən qiymətləndirilməlidir. Dəri xəstəliyi yoxdursa, onu nəmləndirmək və bol maye qəbul etmək tövsiyə olunur. Qırışların və sallanmaların qarşısını almaq üçün siqaret və spirtli içkilərdən imtina etməlisiniz. Stresi azaldan fəaliyyətlər, dərin nəfəs məşqləri, yoqa və meditasiya da son dərəcə faydalıdır.

A, C və E vitaminləri ilə zəngin yumurta, ispanaq, qızılbalıq, yaşıl çay, avokado, nar, fındıq kimi qidaları istehlak etmək təkcə dəri deyil, həm də saç tökülməsi problemini azaldır.