Ağciyərləri təmizləyən qidalar

Ağciyərləri təmizləyən qidalar
1517 dəfə oxunub
  • A-
  • A
  • A+

Qeyri-sağlam qidalanma, hərəkətsizlik, genetik və ətraf mühit faktorları ağciyərlərin zamanla zədələnməsinə səbəb olur. Araşdırmalar göstərir ki, bəzi qidalar ağciyərləri gücləndirir və təmizləyir. 

Axşam.az ağciyər sağlamlığına yaxşı gələn qidaları təqdim edir. 

Zəncəfil – sarıkök: İltihab əleyhinə təsirə malik olan bu ədviyyatlar tənəffüs sistemindəki toksinlərin çıxarılmasına və ağciyərlərin təmizlənməsinə kömək edir.

Sarımsaq: Təbii antibiotik olan sarımsaq ağciyərlərin nizamlı işləməsini təmin edir və ağciyər xərçənginə qarşı qoruyucu təsir göstərir.

Kəklikotu: Tərkibindəki efir yağları sinədə yaranan tıxanmanın qarşını alır. Öskürək, yuxarı tənəffüs yollarının iltihabının və bakteriyaların yaranmasının qarşısının alır. 

Qara kök: Öskürəyə təsir göstərir və bəlğəmin ciyərlərdən atılmasını sürətləndirir. Tərkibindəki vitamin və minerallar ağciyər xərçəngi riskini azaldır.

Üzüm toxumu: Toxumları çeynəməklə istehlak etmək lazımdır. Radikallarla mübarizə apararaq ağciyərləri qoruyur. 

Kərəviz: Kanserogen maddələrin, ağciyərlərdə meydana gələ biləcək digər xəstəliklərə qarşı təsirlidir.