Ayan özünü aparıcı kimi sınadı – video
Bu günlərdə ana olan müğənni Ayan Babakişiyeva özünü aparıcı kimi sınayıb.
Axşam.az-ın məlumatına görə, sənətçi “Lider” telekanalında yayımlanan “Bu saat” verilişində aparıcılıq edib.
Müğənninin “Telefonum susur” mahnısı “Top 10”da səkkizinci olub. Siyahıda birinci yeri əməkdar artist Mətanət İsgəndərlinin “Danışmayacağam” adlı mahnıya çəkdirdiyi klip tutub. Maraqlı anların yaşandığı verilişdə Ayan yeni layihələr hazırladığından danışıb.
Qeyd edək ki, veriliş həftəiçi beş gün, saat 16:00-da yayımlanır. Sözügedən layihənin rejissoru və müəllifi Nail Naiboğlu, prodüseri Pərviz Oqtayoğlu, musiqi redaktoru Rauf Sahiboğludur. "Bu saat"ın informasiya dəstəyi Axşam.az saytına məxsusdur.