Sevil Gəncə terrorunda onu dağıntılar altından çıxaran oğlanla nişanlandı - Fotolar

Sevil Gəncə terrorunda onu dağıntılar altından çıxaran oğlanla nişanlandı - Fotolar
29802 dəfə oxunub
  • A-
  • A
  • A+

Gəncə terrorunda valideynlərini itirən Sevil Əliyevanın nişan mərasimi olub.

Axşam.az xəbər verir ki, məclisdən fotolar sosial şəbəkədə yayılıb. Onun Talış adlı oğlanla ailə qurmağa hazırlaşdığı bildirilib. Məclisdə səbəbkarların yaxınları iştirak edib.

Terror hadisəsi yaşanan gecə dağıntılar altında qalan Sevil açıqlamalarından birində onu sinif yoldaşının xilas etdiyini bildirmişdi. 

Axşam.az-ın əldə etdiyi məlumata görə, Sevilin nişanlandığı gənc onu dağıntılar altından çıxaran sinif yoldaşıdır. 

Qeyd edək ki, 2020-ci il oktyabrın 11-də Gəncəyə atılan raket nəticəsində hər iki valideynini itirən Sevil və 8 yaşlı qardaşı Hüseyni ana nənəsi himayəsinə götürüb. Sevil Əliyeva ötən il Azərbaycan Dövlət Aqrar Universitetinin İqtisadiyyat fakültəsinə qəbul olub.