Türkiyədə Əhməd Cavadın heykəlinin açılışı oldu - Foto

Türkiyədə Əhməd Cavadın heykəlinin açılışı oldu - Foto
797 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyənin paytaxtı Ankarada Türk Tarixi Muzeyi və Parkında Azərbaycanın istiqlal şairi Əhməd Cavadın heykəlinin açılış mərasimi baş tutub.

Axşam.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın Türkiyədəki səfirliyi yayıb.

Məlumata görə, Əhməd Cavadın 130-cu doğum gününə həsr olunan tədbirdə Etimesgutun bələdiyyə sədri Enver Demirel, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov iştirak ediblər.