Dünən Türkiyənin ATV telekanalında yayımlanan “Kim milyonçu olmaq istəyir?” verilişində aparıcı İlkin Həsəninin səsinin verilməsi hamını təəccübləndirib.
Axşam.az-ın məlumatına görə, İlkinin bir vaxtlar aparıcılığını etdiyi “ATV maqazin” verilişindəki səsləndirməsi yayımlanaraq “Azərbaycanca danışma hansı tip verilişi əks etdirir” sualı verilib. İştirakçı suala “Maqazin verilişi” cavabını deyərək 5 min lirə qazanıb.
İlkin Həsəni bunun gözlənilməz olduğunu vurğulayıb:
“Necə əldə ediblər, hardan götürüblər bu səsi maraqlıdır. Çox xoş oldu. Nostalji...”.