Ayseldən yeni mahnı: “Tez gəl” -audio
Müğənni Aysel Əlizadə repertuarına yeni mahnı daxil edib.
Axşam.az-ın məlumatına görə, sözləri Azər Şirinə, musiqisi Tərlan Məmmədhüseynova məxsus olan mahnı “Tez gəl” adlanır. Bir müddətdir yaradıcılığına ara verən Aysel sükutu sözügedən ritmik mahnı ilə pozacağını deyib:
“Mahnını eşidən kimi adamın əhvalı yüksəlir, həm də tez yadda qalır”.
"Tez gəl" duet şəklində səsləndirilib. Aysel Əlizadənin bir çox mahnılarının müəllifi olan İlkin Həsəni bu dəfə həm də onun duet ortağı olub.
İfaçılar bu mahnıya klip də çəkdirəcəklər.