Partuqaliya hökuməti rusiyalı milyarder Roman Abramoviçin 10 milyon dollar dəyərində olan malikanəsini həbs qoyub.
Axşam.az xəbər verir ki, bu barədə "Publico" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, mülk Portuqaliyanın cənubundakı Alqarve bölgəsində yerləşir. Bildirilib ki, Ukraynada hərbi əməliyyatın başlamasına iki həftə qalmış Abramoviçin investisiya holdinqinin nəzarətində olan “Millhouse Views” MMC evi satmağa cəhd edib. Portuqaliyanın dövlət bank korporasiyası "Caixa Geral de Depósitos" bundan xəbər tutaraq məlumatı polisə ötürüb. Martın 25-dən ölkənin Xarici İşlər Nazirliyinin tələbi ilə həmin əmlakın qeydiyyatı dondurulub.
Qeyd edək ki, Abramoviç bundan əvvəl Avropa İttifaqı və Böyük Britaniyanın sanksiyalarına məruz qalıb. Hətta o, "Çelsi" futbol klubunu da satmalı olub.
Onun sərvəti 13,9 milyard dollar dəyərində qiymətləndirilir.