Xəbər verdiyimiz kimi, hazırda İtaliyanın Turin şəhərində "Avroviziya" mahnı müsabiqəsinin finalı keçirilir.
Axşam.az xəbər verir ki, 25 ölkənin təmsilçisi mahnılarını səsləndirib.
Azərbaycanı bu il müsabiqədə təmsil edən Nadir Rüstəmli isə "Fade to black" mahnısı ilə 15-ci yerdə səhnəyə çıxıb.
***
"Avroviziya" mahnı müsabiqəsində səsvermə başa çatıb. Bir azdan səslər açıqlanacaq.
***
Yarışmada "Kaluş" qrupu ilə təmsil olunan Ukrayna 12 xalını Böyük Britaniyaya verib.
***
Yunanıstan 12 xalı Azərbaycana verib.
***
Serbiya da 12 xalını Azərbaycana verib.
***
İspaniya da 12 xalı Azərbaycana verib.
***
Böyük Britaniya 247 xalla hələ ki, birinci sıradadır.
***
Ukrayna 631 səslə birinci sırada yer alıb.