Qaliblər media qarşısında - Fotolar+Yenilənib

Qaliblər media qarşısında - Fotolar+Yenilənib
1845 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, İtaliyanın Turin şəhərində "Avroviziya" mahnı müsabiqəsinin finalı baş tutub və Ukrayna birinci yeri qazanıb.

Axşam.az-ın məlumatına görə, yarışın ardından konfrans keçirilib. "Kaluş" qrupunun üzvləri səhnədə qucaqlaşaraq "Slava Ukraina" sədaları altında sevinclərini bölüşüblər.

"Sülh önəmlidir. Hər kəsə təşəkkür edirik. Allah Ukraynanı qorusun" fikirlərini səsləndirən qrup üzvləri müharibə ilə bağlı vəziyyətə də toxunublar.

"Ukrayna mədəniyyətinə hücum oldu. Lakin Ukrayna mədəniyyəti və musiqisi yaşayır. Bu da onun göstəricisidir. Prezidentlə danışmaq şansım yoxdur. Hazırda əsas məsələlərlə məşğuldur. Gələn il Ukrayna "Avroviziya"nı sevinclə qəbul edəcək. Bütün bizə səs verən ölkələrə təşəkkür edirik. Hazırda Ukraynanın dəstəyə ehtiyacı var. Bizi sevindirdiniz" deyə, Oleq Psyuk konfrans çıxışı zamanı deyilib.

***

O, əlavə edib ki, iki gün sonra Ukraynada olacaq:

"Bəzi məsələlərə görə iki gün qalmalıyıq. Deye bilmərəm geri qayıdandan sonra nə edəcəyəm. Çünki ilk dəfədir, "Avroviziya"da qalib oluruq. Amma hər ukraynalı kimi biz torpaqlarımız uğrunda vuruşmağa hazırıq. Dostlarım, ailəm yanımda oldu. İndi Ukraynada olmasam da harda olsam da dəstəkdirlər".

Oleq çıxışı zamanı dəstəklədiyi ölkələrin adlarını da sadalayıb. Bu isyahıda İtaliya, Böyük Britaniya, Moldova, Polşa yer alıb.

***

O, sonda qeyd edib ki, hələ anası və sevgilisinə zəng vurub hislərini bölüşə bilməyib.