"Müharibə başlayanda bu mahnı yeni məna qazandı" - Video

"Müharibə başlayanda bu mahnı yeni məna qazandı" - Video
1058 dəfə oxunub
  • A-
  • A
  • A+

“Avroviziya 2022” beynəlxalq mahnı müsabiqəsində birinci olan Ukrayna təmsilçisi “Kalush Orchestra” qrupu “Stefania” adlı mahnılarının klipini təqdim edib.

Axşam.az xəbər verir ki, mahnının adı qrupun solisti Oleq Psyukun anası Stefaniyanın şərəfinə belə adlandırılıb. Anasına həsr olunan bu klipdə Rusiyanın Ukraynada davam etdirdiyi hərbi əməliyyatların ağır nəticələri və müharibədən olan görüntülər yer alıb.

“Bu mahnını anama həsr edəndə müharibə başladı, müharibə başlayanda isə mahnı bir çox yeni məna qazandı. Mahnıda müharibə haqda bir kəlmə belə olmasa da, bir çoxlarında mahnı Ana Ukrayna ilə əlaqələndirilir. Bundan əlavə, ictimaiyyət onu bizim müharibəmizin himni adlandırmağa başladı! Amma əgər “Stefania” indi bizim müharibəmizin himindirsə, istərdim ki, o, qalibiyyətimizin himninə çevrilsin” deyə, O.Psyuk bildirib.

Ekran işi Buça, İrpen, Qostomel və Borodyankada lentə alınıb. Klipdə Ukrayna Silahlı Qüvvələrində xidmət edən və uşaqları müharibədən xilas edən cəsur qadınların hekayələri əks olunub.