Ed Şiran ikinci dəfə ata oldu - Foto

Ed Şiran ikinci dəfə ata oldu - Foto
682 dəfə oxunub
  • A-
  • A
  • A+

Britaniyalı pop ulduz Ed Şiran ikinci dəfə ata olub.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 31 yaşlı müğənni övladının corablarının şəklini sosial şəbəkədə paylaşaraq "Hamınıza daha bir gözəl qızımızın olduğunu bildirmək istəyirəm. İkimiz də onu çox sevirik, indi 4 nəfərlik ailə olduq" sözlərini yazıb.

Qeyd edək ki, sənətçi uşaqlıq eşqi Çerri Sibornla evlidir.